Sosial şəbəkədə biz:
AzTV bu məşhurlara 250 min manatadək pul verəcək - ADLAR
Xəbər Şəkli

AzTV bu məşhurlara 250 min manatadək pul verəcək - ADLAR

15 May 2026, 08:37
Sosial

Azərbaycan Dövlət Televiziyası aktyorlara 250 min manatadək qonorar verəcək.

"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (AzTV) bir sıra aktyorlarla əməkdaşlığa başlayıb.

AzTV-nin bununla bağlı aktyorlarla bağladığı müqavilədə "Biz, səssiz səslər, 44 gün” film və televiziya layihələri üzrə xidmətin satın alınması nəzərdə tutulur.


Müqaviləyə əsasən, aşağıdakı aktyorlar layihəyə ödənişli şəkildə cəlb olunub:


Şıxəliyev Ramin Tofiq oğlu - 22.000 AZN


Novruzov Əliməmməd Kamal oğlu - 14.500 AZN


Məmmədov Ramil Şamil oğlu - 20.000 AZN


Əzizov Əzizağa Ağayar oğlu - 16.000 AZN


Əhmədov İlham Namiq Kamal oğlu - 20.000 AZN


Məhərrəmov Məbud Əliəsgər oğlu - 15.000 AZN


Mehdiyev Oqtay Nüsrət oğlu - 25.000 AZN


Fərzəliyev Natiq Aslan oğlu - 17.500 AZN


Əliyeva Ülviyyə Fərhad qızı - 20.000 AZN


Əhmədov Çingiz Əli Əşrəf oğlu - 15.000 AZN


Mehrəliyev İslam Məhəmməd oğlu - 14.500 AZN


Yəhyayev Elgün Hafiz oğlu - 17.500 AZN


Qurbanova Zülfiyyə Misirxan qızı - 12.500 AZN


Zeynalov Əjdər Mehdi oğlu - 8.500 AZN 


Əhmədov Tural Mahmud oğlu - 9.500 AZN


Bundan əlavə, AzTV "Görüş yeri” verilişi üzrə xidmətin satın alınması ilə bağlı Elnur Kərimovla 3.600 manatlıq, "Türk yurdu” verilişi üzrə xidmətin satın alınması ilə bağlı isə Əkbər Yolçuyevlə 3.948 manatlıq müqavilə bağlayıb. İqtisadiyyat.az