Sosial şəbəkədə biz:

Vaşinqtonda bağlanan sülh Rusiyanın böyük məğlubiyyətidir - Duqin

Vaşinqtonda bağlanan sülh Rusiyanın böyük məğlubiyyətidir - Duqin

Azərbaycan və Ermənistan arasında Vaşinqtonda bağlanmış sülh sazişi Rusiyanın Cənubi Qafqazdakı siyasətinin iflasıdır. Rusiya regionda nüfuzunu itirib, günahkarlar isə cəzasız qalır. Səhvləri etiraf etmək və böyük dövlət statusunu “bərpa etmək” vaxtıdır.

Bunu Rusiyanın milli siyasətinin memarlarından sayılan avrasiyaçı alim Aleksandr Duqin deyib.

Onun sözlərinə görə, bu müqavilə Rusiyanın gücsüzlüyünün sübutudur:

"Biz artıq postsovet məkanına da nəzarət etmirik. Əgər burada bizə hörmət edilməsə, dünya səhnəsində bizimlə kim hesablaşacaq? Bu, sadəcə olaraq məğlubiyyət deyil, hər bir rusun üzünə vurulan şillədir.

Paşinyanı və İlham Əliyevi günahlandırmaqla özünüzə haqq qazandıra bilməzsiniz. Etiraf etməliyik ki, biz uduzduq, çünki danışıqları düzgün adamlara həvalə etmədik. Əgər bunu alçaldıcı hal kimi qəbul etməsək, suveren sivilizasiya olmaqdan çıxacağıq.

Günahkar cavab verməlidir. Ya biz öz maraqlarını müdafiə etməyə qadir olan imperiyayıq, ya da "müttəfiqlərimizin" bizə xəyanəti ilə barışmalıyıq. Ədalət olmasa, gələcəyimiz də yoxdur".

Musavat.com


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol