Tramp-Əliyev-Paşinyan görüşünün vaxtı bəlli oldu
"The Washington Post" qəzeti də avqustun 8-də prezident Donald Trampın Ermənistan və Azərbaycan liderlərini Ağ evdə qəbul edəcəyini yazır.
Bu görüş barədə qəzetə Ağ evin iki yüksəkvəzifəli rəsmisi məlumat verib. Onlardan biri deyib ki, Trampla görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının elan edilməsi mümkündür.
Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Trampla ayrı-ayrılıqda görüşləri planlaşdırılır.
İki ölkə liderləri ötən ay Birləşmiş Ərəb Əmirliklərində görüşüblər, amma sonucda heç bir yekun qərar elan olunmayıb.