Sosial şəbəkədə biz:

Qurulev Rasim Musabəyovu təhqir etdi: Səs yazısını dinlə, axmaq...

Qurulev Rasim Musabəyovu təhqir etdi: Səs yazısını dinlə, axmaq...

Dövlət Dumasının deputatı, general-leytenant Andrey Qurulyov Azərbaycan mallarının idxalının dayandırılmasının mümkünlüyü barədə danışarkən Azərbaycanı təhdid etmədiyini bildirib.

Bu barədə o, RTVI-ya müsahibəsində azərbaycanlı deputat Rasim Musabəyovun ona cavabı haqda danışarkən deyib.

"Mən onları hədələməmişəm. Səs yazısını diqqətlə dinləyin. İş ondadır ki, bir neçə əsas məqam var. Səs yazısına baxırsınızsa, mən sözün əsl mənasında bunları dedim: birincisi, böyük qonşu ilə heç bir səbəb olmadan münasibətləri korlamaq üçün böyük ağıl lazım deyil. İkinci, əgər münasibətlər pisləşsə, yəqin ki, Azərbaycan zərər çəkəcək. Üçüncü, Azərbaycan da Rusiyadan karbohidrogen ixrac edə bilməyəcək. Dördüncüsü, diqqət çəkən əsas məqam var ki (nədənsə buna susurlar), orada NATO-dan kimsə görünməlidir. Bu qəbuledilməzdir. Xatırladım ki, Ukraynada xüsusi hərbi əməliyyat məhz Ukraynanın NATO-ya daxil olmaq istəyi və cəhdlərinə görə başlayıb. Əsas məqam budur, elə deyilmi? Hamısı bu qədərdir”, – Qurulyov bildirib.

O əlavə edib ki, sözlərini Azərbaycanda tam oxumayıb, izləməyiblər:

“Mənim çıxışım onlar tam şəkildə görməyiblər, sizi əmin edirəm. Amma onlar (azərbaycanlılar) bunu eşitdilər. Sonra nə olacağını yaxşı düşünsünlər".

Rasim Musabəyovun onun haqqında dediklərinə gəlincə, Qurulyov “hər cür axmağın bəyanatlarına” cavab verməyəcəyini vurğulayıb.

Buna baxmayaraq, general azərbaycanlı deputatın ölkələr arasında sərhəddə dağlar olduğuna görə Azərbaycana qarşı “xüsusi hərbi əməliyyat” keçirmək mümkün olmadığı barədə sözlərinə cavab verib:

“Mən hamıya, dostlarıma Çeçenistanı xatırladıram. Orada dağlar az deyil”.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol