Sosial şəbəkədə biz:

Keçmiş həmsədr: Ermənistan və Azərbaycan liderlərinin Vaşinqtonda bir araya gəldiyini görməkdən çox məmnunam

Keçmiş həmsədr: Ermənistan və Azərbaycan liderlərinin Vaşinqtonda bir araya gəldiyini görməkdən çox məmnunam

“Mən Ermənistan və Azərbaycan liderlərinin Vaşinqtonda bir araya gəldiyini görməkdən çox məmnunam”. 

Bu sözləri AZƏRTAC-a açıqlamasında ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri, “Juno Global Strategies” mərkəzinin prezidenti Ceyms Uorlik deyib. O, görüşü tarixi fürsət adlandırıb. 

“Bu, prosesin mühüm başlanğıcıdır və ümid edirik ki, bu, regiona sülh və firavanlıq gətirəcək”, - deyə amerikalı ekspert bildirib.

Ceyms Uorlik, eyni zamanda, ABŞ və Azərbaycan arasında çoxillik müsbət əlaqələrin olduğunu deyib.

“Biz beynəlxalq terrorizm, İran məsələsi, enerji təhlükəsizliyi problemi və digər məsələlərdə əməkdaşlıq etmişik. Azərbaycan və Ermənistanla sülh və təhlükəsizlik məsələlərində də birgə işləmişik və mən bunu gələcəkdə də davam etdirəcəyimizi görməkdən məmnunam”, - deyə Uorlik əlavə edib.




Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol