Əliyev Münxendə Zelenski ilə görüşüb
Azərbaycan prezidenti İlham Əliyevin fevralın 14-də Münxendə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşü olub.
Söhbət zamanı iki ölkə arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
V.Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi humanitar dəstəyə, xüsusilə ukraynalı uşaqlara olan diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.
Azərbaycan və Ukrayna prezidentləri iki ölkə arasında ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi apardılar.