Sosial şəbəkədə biz:
Bu, molla rejiminin nankorlugu və riyakarlığı kimi qiymətləndirilməlidir DEPUTAT
Xəbər Şəkli

Bu, molla rejiminin nankorlugu və riyakarlığı kimi qiymətləndirilməlidir DEPUTAT

05 March 2026, 18:53
Siyasət

İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisinə dron hücumu molla rejiminin nankorlugu və riyakarlığı kimi qiymətləndirilməlidir. Eyni zamanda, mülki infrastrukturun hədəf alınması qorxaqligin və acizliyin nümunəsidir. Baş vermiş hucum beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur və regionda gərginliyin artmasına səbəb olacaq. Qarşı tərəf qısa müddət ərzində dərhal açıqlama verməli və bu kimi halların baş verməməsi üçün zəruri addımlar atmalıdır. 

Mülki infrastruktura, o cümlədən məktəb binasına edilən hücum birmənalı olaraq terror aktıdır. İrandaki molla rejimi daim Azərbaycanlılara qənim kəsilib, onların hüquqları əlindən alıb və orada yaşayan soydaşlarımızı daim təzyiq altında saxlayıb. Azərbaycan tərəfi bu riyakar hücuma cavab vermək hüququnu özündə saxlayır və qarşı tərəf mutləq öz cavablarını alacaq.

Vüqar Bayramov, millət vəkili