Sosial şəbəkədə biz:

“Azərbaycana gedəcəyəm, amma Bakı şəhərinə yox” – Simonyan

“Azərbaycana gedəcəyəm, amma Bakı şəhərinə yox” – Simonyan
Xəbər Şəkli
11 September 2026, 15:37
Siyasət

“Mənim Bakı səfərimlə bağlı heç bir razılaşma yoxdur, bu barədə yayılan söhbətlər doğru deyil”.
Bunu bu gün, sentyabrın 11-də jurnalistlərlə söhbəti zamanı Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan deyib.
O bildirib ki, Bakıya səfərlə bağlı razılaşma yoxdur və bu barədə heç söhbət də getmir:
“Bəli, hansısa qarşılıqlı səfərlərin baş tutması nəzərdə tutulur. Amma hələ ki, burada Bakıdan söhbət getmir. Digər tərəfdən, müddətlərlə bağlı da heç bir müzakirə aparılmayıb.
Azərbaycanın Prezidentinin köməkçisi Hikmət Hacıyev Dilican şəhərinə səfər etmişdi. Nəzərdə tutulur ki, müəyyən vaxtda onunla işləyən şəxs kimi Təhlükəsizlik Şurasının katibi də Azərbaycana səfər edəcək. Amma Bakıya yox. Çünki məntiq onu göstərir ki, bu, başqa şəhər olacaq. Çünki biz də qarşı tərəfi paytaxtda deyil, başqa şəhərdə qəbul etmişik”.