Azərbaycan vasitəsilə İrandan neçə nəfər təxliyə olunub?
İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının təxliyəsi davam edir.
Fevralın 28-i saat 08:00-dan martın 2-si saat 20:00-dək İrandan müxtəlif ölkələrin vətəndaşları olmaqla ümumilikdə 553 nəfər təxliyə olunub.
Təxliyə edilənlər arasında 152 Azərbaycan, 127 Çin, 114 Rusiya, 65 Pakistan, 42 Tacikistan, 18 Səudiyyə Ərəbistanı, 6 Birləşmiş Ərəb Əmirlikləri, 4 İordaniya, 3 Qətər və 3 Banqladeş vətəndaşı var.
Bundan əlavə, siyahıya hərəsi 2 nəfər olmaqla Filippin, Gürcüstan, Nepal, Qazaxıstan, Fransa və Özbəkistan vətəndaşları daxildir. Türkiyə, İtaliya, Polşa, Tunis, Livan, Hindistan və Braziliyadan isə hər ölkə üzrə 1 nəfər təxliyə edilib.