Sosial şəbəkədə biz:

ABŞ-dən Zəngəzur dəhlizi ilə bağlı Rusiya və İrana XƏBƏRDARLIQ

ABŞ-dən Zəngəzur dəhlizi ilə bağlı Rusiya və İrana XƏBƏRDARLIQ

"Mən müəyyən hərəkətlərlə bağlı nə edə biləcəyimiz və ya edə bilməyəcəyimiz barədə spekulyasiya etmək fikrində deyiləm. Bütün dünya bilir ki, Prezident Trampı ciddi qəbul etmək lazımdır. Bu razılaşma onun üçün vacibdir".

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus jurnalistlər üçün keçirdiyi brifinqdə İran və ya Rusiya "Tramp marşrutu"na mane olmağa çalışsalar, ABŞ-nin hansı addımları atacağı ilə bağlı sualı cavablandırarkən deyib.

O həmçinin əlavə edib ki, Aİ, Fransa, Rusiya və Baydenin dövründə olan ABŞ Ermənistan və Azərbaycan arasında sülhə cəhd ediblər, lakin buna yalnız Tramp nail olub. Dördpendirli pizza

Dövlət Departamentinin rəsmi nümayəndəsi bəyan edib ki, Azərbaycan və Ermənistan ABŞ ilə iqtisadi sazişlər imzalayıb ki, bu da ABŞ biznesi üçün yeni imkanlar açır./Oxu.az


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol