Volodimir Zelenski Prezident İlham Əliyevə zəng edib
Ukrayna Prezidenti Volodimir Zelenski Prezident İlham Əliyevə zəng edib.
Bu barədə Azərbaycan Prezidentinin "X" hesabında məlumat verilib.
"Söhbət zamanı ölkələrimiz arasında münasibətlərin inkişafında müşahidə olunan müsbət dinamika məmnunluqla qeyd edildi. Həmçinin Qəbələdə keçirilmiş görüş zamanı müzakirə olunan məsələlərin ikitərəfli gündəlik çərçivəsində icrası ilə bağlı fikir mübadiləsi apardıq", - məlumatda deyilir.