Vado Korovin vəzifəsindən azad edildi
"Space" televiziyasının təsisçisi və kanalın baş direktoru Vado Korovin tutduğu vəzifədən azad edilib.
Manset.az xəbər verir ki, hazırda "Space" TV-də bütün idarəetmə və səlahiyyətlər icraçı direktor Nəriman Əbdüləliyev tərəfindən icra olunur.
Qeyd edək ki, ötən gün "Space" TV-nin baş direktoru Vado Korovinin vəzifəsindən getməsi ilə bağlı məlumatlar yayılmışdı.