Saxta “siyasi məhbus” siyahıları ilə Azərbaycandakı demokratik islahatlara kölgə salmaq mümkün deyil
AŞPA-nın Azərbaycana qarşı növbəti saxta və qərəzli kağız parçası bir daha təsdiq edir ki, hələ də bir sıra qurumlarda dövlətimizin uğurlarını həzm edə bilməyənlər var. Saxta “siyasi məhbus” siyahıları ilə Azərbaycandakı demokratik islahatlara kölgə salmaq mümkün deyil. Azərbaycan Prezidentin siyasi iradəsi və rəhbərliyi ilə cəmiyyətin bütün sferalarında islahatlar dərinləşir.
AŞPA dəfələrlə ölkəmizə qarşı ədalətsiz mövqe nümayiş etdirib, heç bir əsası olmayan qətnamə qəbul edib. Azərbaycanın həyata keçirdiyi siyasət regionda sülh və təhlükəsizliyin güclənməsinə xidmət edir. Unutmayaq ki, Azərbaycan dövləti istənilən xarici təhdidlərə cavab vermək gücündədir. Bu güc, sadəcə, siyasi və iqtisadi potensial ilə məhdudlaşmır, həmçinin birliyimizin yaratdığı üstünlükdür. Güclü Azərbaycan dövlətinin yanında məğrur Azərbaycan xalqı var.
Təəssüf ki, AŞPA son illər obyektiv dialoq platformasından uzaqlaşaraq müəyyən siyasi qrupların anti-Azərbaycan kampaniyasının alətinə çevrilib. AŞPA-nın qərəzli bəyanatları isə bu qurumun öz nüfuzuna xələl gətirir. Saxta dəyərlər ilə regionda sülhə və inkişafa töhfə vermək olmaz.
Vüqar Bayramov, millət vəkili