Sosial şəbəkədə biz:
Putin Azərbaycan liderinə təbrik məktubu göndərdi
Xəbər Şəkli

Putin Azərbaycan liderinə təbrik məktubu göndərdi

08 May 2026, 13:49
Siyasət

Rusiya Prezidenti Vladimir Putin Böyük Vətən müharibəsində Qələbənin ildönümü münasibətilə keçmiş sovet respublikaları, o cümlədən Azərbaycan liderlərinə təbrik məktubu göndərib.

Kremlin saytında dərc olunmuş bəyanatda o, ön cəbhədə çiyin-çiyinə vuruşan və arxa cəbhədə saysız-hesabsız qurbanlar və çətinliklər bahasına çalışan, nasist işğalçıları üzərində çoxdan gözlənilən Qələbəni yaxınlaşdıran atalarımıza və babalarımıza minnətdarlıqlq xatırlayıb.

Rusiya dövlət başçısı Böyük Vətən müharibəsi veteranlarına və arxa cəbhə işçilərinə ürəkdən təbriklər və səmimi minnətdarlıq sözləri çatdırıb, onlara cansağlığı, xoş əhval-ruhiyyə və uzunömürlülük arzulayıb.