Sosial şəbəkədə biz:

Pulsuz hüquqi yardımdan əsassız imtina qadağan edilir

Pulsuz hüquqi yardımdan əsassız imtina qadağan edilir
Xəbər Şəkli
30 October 2026, 15:14
Siyasət

Vəkillərə pulsuz hüquqi yardımın göstərilməsindən əsassız imtina qadağan olunur.

Bu barədə məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan "Pulsuz hüquqi yardım haqqında" Qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, pulsuz hüquqi yardımın göstərilməsi ilə əlaqədar fərdi qaydada fəaliyyət göstərən vəkilə və ya vəkil qurumlarına müraciət zamanı ixtisaslaşmış vasitəçilərin köməyinə ehtiyacı olan əlilliyi olan şəxslər dövlət büdcəsi vəsaiti hesabına ixtisaslaşmış vasitəçilərin (qiraətçilərin və peşəkar surdotərcüməçilərin) xidmətləri ilə təmin ediləcəklər.

Pulsuz hüquqi yardım tələbinə riayət edilmədikdə vəkillər tərəfindən "pro bono" hüquqi xidmətlərinin göstərilmədiyi hər saat üçün Vəkillər Kollegiyasına 18 manat məbləğində ödəniş ediləcək.

Qanun layihəsi müzakirələrdən sonra səsverəyə qoyularaq I oxunuşda qəbul edilib.