Sosial şəbəkədə biz:
İtaliya bu döyüşlərdə həlak olan 120 azərbaycanlını andı
Xəbər Şəkli

İtaliya bu döyüşlərdə həlak olan 120 azərbaycanlını andı

23 April 2026, 08:15
Siyasət

İtaliya 1945-ci ildə İtaliya faşizmi və nasistlərə qarşı döyüşərkən həlak olan 120 azərbaycanlının xatirəsini anıb.

Bu barədə "Daily Turkic" X səhifəsində bildirilib.

"İtalyan partizanlarına dəstək vermək üçün gedən azərbaycanlı əsgərlər təslim olmaqdan imtina edib və İtaliyanın Monte di Nese bölgəsində sonadək vuruşublar. Onların bir çoxu döyüşdə həlak olub, sağ qalanlar isə əsir götürülərək edam edilib",- paylaşımda qeyd olunub.