"Ölkədə kartdan-karta ("Card-to-card") əməliyyatlarına müəyyən məhdudiyyətlər gətirilib. İnsanlar əvvəl kartda pul saxlayırdılar, heç bir problem olmadan kartdan-karta köçürürdülər".
Bunu iqtisadçı-ekspert Natiq Cəfərli sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, istənilən məhdudiyyətlərdə alternativlər də olur:
"Belə qərarlar qəbul edilərkən hökumət düşünürsə ki, bu addım qeyri-leqal əməliyyatların və müəyyən qədər vergidən yayınma hallarının qarşısını alacaq, əslində əks-effekt doğuracaq.
İnsanlar nağd pula keçəcəklər. Kartda pul saxlamaq əvəzinə gedəcək bankomatdan nağdlaşdırıb cibinə qoyacaq. Yəni köhnə vəziyyətə qayıdacaq.
Belə məhdudlaşdırıcı addımlarla vergi və digər məsələləri həll etmək mümkün deyil, yəni saça kəpək düşəndə, başı kəsmirlər, səbəbini tapıb, müalicə edirlər".