Sosial şəbəkədə biz:

Məişət texnikası və mətbəx əşyalarının qiymətləri nə qədər artıb? – Siyahı

Məişət texnikası və mətbəx əşyalarının qiymətləri nə qədər artıb? – Siyahı
Xəbər Şəkli
27 August 2026, 15:28
İqtisadiyyat

Bu ilin ilk 7 ayında Azərbaycanda məişət texnikası və mətbəx əşyalarının əksəriyyətinin qiymətində artım, bəzi məhsullarda isə ucuzlaşma müşahidə olunub.
Yeniavaz.com rəsmi məlumatlara istinadən xəbər verir ki, yanvar-iyul aylarında siyahıda yer alan 28 məhsuldan 24-nün qiyməti artıb, 4-nün qiymətində isə azalma qeydə alınıb.
Məbləğ baxımından ən böyük qiymət artımı fərdi (avtonom) istilik sistemi üçün qurğunun – “kombi”nin qiymətində qeydə alınıb. Bu məhsulun 1 ədədinin orta qiyməti 982,13 manatdan 999,41 manata yüksəlib. Beləliklə, qiymət 17,28 manat və ya 1,76% artıb.
İkinci ən böyük artım kondisionerin qiymətində olub. Kondisionerin orta qiyməti 970,95 manatdan 980,11 manata yüksələrək 9,16 manat və ya 0,94% bahalaşıb.
Məbləğ ifadəsində üçüncü ən böyük artım mikrodalğalı sobanın qiymətində qeydə alınıb. Onun orta qiyməti 211,29 manatdan 217,05 manata yüksəlib. Bu, 5,76 manat və ya 2,73% artım deməkdir.
Faiz baxımından isə ən çox bahalaşan məhsul qaşıq və çəngəl dəsti olub. Onun 1 dəstinin orta qiyməti 7,64 manatdan 7,96 manata yüksələrək 4,19% artıb. Mikserin qiyməti 3,66%, salat və şorba qablarının qiyməti 3,57%, stəkan və qədəhlərin qiyməti isə 3,22% bahalaşıb.
Qiyməti ən çox ucuzlaşan məhsul paltaryuyan maşın olub. Onun 1 ədədinin orta qiyməti 760,16 manatdan 754,36 manata düşüb. Beləliklə, qiymət 5,80 manat və ya 0,76% azalıb.
Elektrik plitənin qiyməti 0,35 manat və ya 0,49%, qaz plitəsinin qiyməti 0,44 manat və ya 0,12%, havanın isidilməsi üçün qazdırıcının qiyməti isə 0,12 manat və ya 0,12% ucuzlaşıb.
Məişət texnikası və mətbəx əşyalarının qiymətləri və son 7 aydakı dəyişiklik belə olub:
Soyuducu – 1 ədəd 938,28 manat (+0,33%);
Paltaryuyan maşın – 1 ədəd 754,36 manat (-0,76%);
Qaz plitəsi – 1 ədəd 368,37 manat (-0,12%);
Elektrik soba – 1 ədəd 140,59 manat (+0,37%);
Havanın isidilməsi üçün qazdırıcı – 1 ədəd 102,55 manat (-0,12%);
Kondisioner – 1 ədəd 980,11 manat (+0,94%);
Fərdi (avtonom) istilik sistemi üçün qurğu – 1 ədəd 999,41 manat (+1,76%);
Tozsoran – 1 ədəd 182,20 manat (+2,01%);
Şirəçəkən – 1 ədəd 110,19 manat (+0,52%);
Mikser – 1 ədəd 61,50 manat (+3,66%);
Elektrik plitə – 1 ədəd 70,81 manat (-0,49%);
Elektrik ütü – 1 ədəd 68,08 manat (+1,43%);
Elektrik çaydan – 1 ədəd 42,63 manat (+1,21%);
Ventilyator – 1 ədəd 41,08 manat (+2,01%);
Mikrodalğalı soba – 1 ədəd 217,05 manat (+2,73%);
Blender – 1 ədəd 51,44 manat (+0,16%);
Stəkan, qədəh – 1 dəst 21,16 manat (+3,22%);
Boşqab, fincan, nəlbəkilər – 1 dəst 28,89 manat (+2,16%);
Salat və şorba qabları – 1 dəst 15,07 manat (+3,57%);
Qaşıq, çəngəl – 1 dəst 7,96 manat (+4,19%);
Bıçaq – 1 ədəd 3,15 manat (+2,61%);
Tava – 1 ədəd 29,46 manat (+1,24%);
Çaydan – 1 ədəd 10,84 manat (+2,36%);
Vedrə – 1 ədəd 5,34 manat (+1,14%);
Ləyən – 1 ədəd 5,41 manat (+1,50%);
Qazan – 1 ədəd 24,90 manat (+2,98%);
Elektrik ətçəkən – 1 ədəd 134,84 manat (+1,39%);
Termos – 1 ədəd 12,67 manat (+0,88%).