Sosial şəbəkədə biz:

Cəbrayıl rayonunun iqtisadiyyatı 16 dəfə böyüyüb

Cəbrayıl rayonunun iqtisadiyyatı 16 dəfə böyüyüb
Xəbər Şəkli
04 October 2026, 12:09
İqtisadiyyat

4 Oktyabr - Cəbrayıl şəhəri günüdür. 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələrinin Cəbrayıl rayonunu işğal etməsi nəticəsində rayona 14 milyard dollara yaxın ziyan dəymişdi. 6 il əvvəl isə Cəbrayıl şəhəri şanlı ordumuz tərəfindən işğaldan azad olundu.  Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı əsasən isə 4 oktyabr Cəbrayıl şəhəri günü kimi qeyd olunur.

İşğaldan azad olunduqdan sonra Cəbrayıl rayonu bərpa və yenidən qurma mərhələsinə qədəm qoydu. Zəfərdən sonra Cəbrayıl rayonun bütün iqtisadi göstəricilərində ciddi artım qeydə alınıb.

İşğaldan azad olunandan sonra Cəbrayıl rayonunun iqtisadiyyatı 16 dəfə böyüyüb. Belə ki, bu rayonumuzda 2020-ci ildə əsas sahələr üzrə məhsul istehsalı 30 milyon manat idisə, indi bu göstərici yarım milyard manatı keçib. 2021-ci il ilə müqayisədə rayon iqtisadiyyatına sərmayə qoyluşları 2 dəfə artaraq 500 milyon manata çatıb.

Böyük Qayıdış Proqramına əsasən, işğaldan azad olunan ərazilərimizdə məskunlaşma prosesi də davam etdirilir. İşğal nəticəsində dağıdılan və baxımsız bölgəyə dönən Qarabağ və Şərqi Zəngəzur artıq regionun əsas inkişaf mərkəzlərindən birinə çevrilməkdədir.

Vüqar Bayramov, millət vəkili