Sosial şəbəkədə biz:

Şəhid qardaşı Avropa çempionatında gümüş medal qazandı

Şəhid qardaşı Avropa çempionatında gümüş medal qazandı
Xəbər Şəkli
24 October 2026, 08:47
İdman

Azərbaycan idmançısı Elmir Rzali natural bodibildinq üzrə Avropa çempionatında gümüş medal qazanıb.

Azərbaycan çempionu olan Elmir Rzali beynəlxalq yarışda da uğurlu çıxış edərək Avropa ikincisi adını qazanıb.

Uzunmüddətli hazırlıqdan sonra bu uğura imza atan idmançı Yardımlı rayonunun Bilnə kəndindəndir.

Qeyd edək ki, Elmir Rzali Vətən uğrunda şəhid olmuş Əli Rzalının qardaşıdır.