Avropa energetika sövdələşmələrində Rusiyaya Ukraynaya ötürdüyündən daha çox pul ödəyib və Rusiya yanacağının istehlakını davam etdirir.
ABŞ-nin maliyyə naziri Skott Bessent bunu "NBC News"un "Mətbuatla görüş" proqramında bildirib.
O, Ukraynanı dəstəkləyərkən eyni zamanda Rusiya neft və qazını almağa davam etdiklərinə görə Avropa ölkələrini sərt tənqid edib.
S.Bessentin sözlərinə görə, ABŞ bu ilin ilk altı ayında 4 milyard dollar dəyərində, o cümlədən 1,8 milyard dollarlıq gübrə Rusiya məhsulları idxal edib, Avropa ölkələri isə bu məbləğdən 10 dəfə çox idxal edib.
"Avropalılar Rusiyaya ukraynalılardan daha çox pul veriblər və onlar Rusiyanın enerji resurslarını istehlak etməyə davam edirlər", - maliyyə naziri bildirib. O, Vaşinqtonun Rusiya əleyhinə sanksiyaları ləğv etmədiyini; məhdudiyyətlərin yalnız dizel yanacağı təchizatı üçün yumşaldıldığını deyib.