Sosial şəbəkədə biz:
Messi qol vurdu, Argentina 1/8 finala keçdi
Xəbər Şəkli

Messi qol vurdu, Argentina 1/8 finala keçdi

04 July 2026, 10:02
İdman

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin daha bir oyunu keçirilib.

Argentina millisi Kabo Verde yığması ilə üz-üzə gəlib.

Mayami stadionunda keçirilən 1/16 final mərhələsinin matçında “tanqoçular” 3:2 hesablı qələbəyə seviniblər.

Görüşün əsas vaxtı 1:1 hesablı bərabərliklə yekunlaşıb. Argentinanın heyətində Lionel Messi (29), Kabo Verdedə Deroy Duarte (59) fərqləniblər.

Əlavə vaxtda isə Cənubi Amerika təmsilçisinin qolları Lisandro Martines (92) və Dineyin (111-öz qapısına) adlarına yazılıb. Afrikalıların əlavə hissədəki qolunu Sidni Kabral (103) vurub.

Argentinanın 1/8 finaldakı rəqibi Misir seçməsi olacaq.