Sosial şəbəkədə biz:
Messi daha bir rekordu geridə qoydu
Xəbər Şəkli

Messi daha bir rekordu geridə qoydu

13 July 2026, 08:28
İdman

Argentina millisinin hücumçusu və kapitanı Lionel Messi Dünya Çempionatının pley-off mərhələsində 15 oyun keçirən tarixdəki ilk futbolçu olub.

Bu barədə FİFA özünün “X” hesabında məlumat yayıb.

Sayca 15-ci oyun İsveçrəyə qarşı keçirilən və Argentinanın 3:1 hesablı qələbəsi ilə başa çatan Dünya Çempionatı matçı olub.

Bununla da Messi turnirin pley-off mərhələsində 14 oyun keçirmiş keçmiş alman hücumçu və 2014-cü il Dünya Çempionatının qalibi Miroslav Klozenin rekordunu geridə qoyub.