“Opta” superkompüteri UEFA Çempionlar Liqasının qalibi olmağa əsas namizədləri müəyyənləşdirib.
Hesablamalara əsasən, turnirin qalibi olmaq şansı ən yüksək komanda İngiltərənin “Arsenal” klubudur. London təmsilçisinin Çempionlar Liqasını qazanmaq ehtimalı 21,2 faiz qiymətləndirilib.
Favoritlər siyahısı belədir:
“Arsenal” – 21,2 faiz
“Bavariya” – 19,9 faiz
“Mançester Siti” – 12 faiz
PSJ – 7,7 faiz
“Barselona” – 7 faiz
“Real Madrid” – 5,1 faiz
“Liverpul” – 5,1 faiz
“Mançester Yunayted” – 3,7 faiz
“İnter” – 3,4 faiz
“Aston Villa” – 2 faiz