DÇ-2026: Fransa ilk yarımfinalçı oldu
Futbol üzrə dünya çempionatında Fransa Mərakeşə qalib gəlib.
Boston stadionunda keçirilən 1/4 final mərhələsinin matçında avropalılar 2:0 hesablı qələbə qazanıblar.
Fransanın heyətində Kilian Mbappe (60) və Usman Dembele (66) fərqləniblər.
Yarımfinala yüksələn Fransa seçməsi bu raundda İspaniya - Belçika cütünün qalibi ilə üz-üzə gələcək.