Sosial şəbəkədə biz:
Azərbaycan güləşçisi Avropa çempionu oldu
Xəbər Şəkli

Azərbaycan güləşçisi Avropa çempionu oldu

13 July 2026, 09:10
İdman

Azərbaycanın sərbəst güləşçisi Yusif Dursunov Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatında qızıl medal qazanıb.

Bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Bildirilib ki, 125 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda rusiyalı Soslan Qabuyevlə qarşılaşıb. Görüş Yusifin qələbəsi ilə yekunlaşıb və o, Avropa çempionu adını qazanıb.//Demokrat.az