Prezident: Məsud Pezeşkianın Azərbaycana dəstəyə görə minnətdarlığını yüksək qiymətləndiririk, həmişə bir yerdə olacağıq
Prezident İlham Əliyevin sosial media hesablarında fars dilində paylaşım edilib.
Paylaşımda deyilir:
“İran İslam Respublikasının hörmətli prezidenti, qardaşım cənab Məsud Pezeşkianın Azərbaycan xalqı və dövlətinin dəstəyinə görə təşəkkürü xalqımız tərəfindən çox yüksək qiymətləndirilir.
Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və bundan sonra da həm xoş, həm də çətin günlərdə daim bir yerdə olacaqlar”.