Sosial şəbəkədə biz:

Jurnalist Anar Niftəliyevə yeni vəzifə verildi

30 June 2015, 12:41
Gündəm
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı yeni təyinatlarla bağlı sərəncam imzalayıb. Partiyadan Lent.az-a verilən məlumata görə, partiya sədrinin sərəncamına əsasən Pünhan İmamlı VHP sədrinin gənclərlə iş üzrə müşaviri, Anar Niftəliyev İctimai Əlaqələr Departamentinin müdiri, Azər Caniyev İnsan Resursları Departamentinin müdiri, Tural Hüseynli Lahiyələr Departamentinin müdiri, İsmi Şahzadə Dini Qurumlarla İş Şöbəsinin müdiri, Səlcuq Elçin Siyasi Partiyalarla İş Şöbəsinin müdiri və Vüsal Qasımov Türk Dünyası ilə iş Şöbəsinin müdiri təyin olunublar.