Sosial şəbəkədə biz:

İŞİD 8 min ailəni qaçırıb - BMT-dən şok açıqlama

28 October 2016, 15:57
Gündəm
BMT İŞİD terror təşkilatı ilə bağlı qorxunc statistika açıqlayıb.Qafqazinfo” xəbər verir ki, təşkilat İŞİD-in Mosul və ətrafından 8 min ailəni və ya on minlərlə mülki vətəndaşı qaçırdığını bəyan edib. “Reuters”in xəbərinə görə, qaçırılan ailələr canlı qalxan kimi istifadə edilmək üçün Mosula aparılıb. BMT, eyni zamanda İŞİD-in Mosul yaxınlarında 232 nəfəri öldürdüyünü açıqlayıb.