Sosial şəbəkədə biz:

İsrail Prezidenti COP29-da iştirak edəcək

30 October 2024, 16:06
Gündəm

İsrail Prezidenti İsxak Hersoq noyabrda Bakıda keçiriləcək BMT-nin COP29 iqlim konfransında İsraili təmsil edəcəyini bildirib. Bu barədə o, Prezident iqamətgahında İsrail nümayəndə heyəti ilə görüşündə bildirib.

İsrailin Baş nazir Benyamin Netanyahunun isə COP29-da iştirakı gözlənilmir.

Qeyd edilib ki, Hersoq ABŞ səfərindən sonra COP29-a qatılacaq.

APA