Sosial şəbəkədə biz:

Kadir İnanırdan qalan sərvət üzə çıxdı

Kadir İnanırdan qalan sərvət üzə çıxdı
Xəbər Şəkli
21 September 2026, 09:19
Dünya

Türk kinosunun məşhur siması Kadir İnanırın vəfatından sonra onun mirası və illər ərzində topladığı xüsusi kolleksiyalar yenidən gündəmə gəlib.

Yayılan məlumatlara görə, sənətçinin mirasına bank hesabları və müxtəlif daşınmaz əmlaklarla yanaşı, qiymətli saatlar, alışqanlar, xüsusi işləməli üzüklər və böyük qurbağa fiquru kolleksiyası daxildir.

Məlumata görə, Kadir İnanırın təxminən 25 ədəd Rolex saatı olub. Onun kolleksiyasında əsasən S.T. Dupont, Cartier, Dunhill və Zippo markalarından olan qızıl suyuna çəkilmiş alışqanların da yer aldığı bildirilir.

Ən diqqətçəkən kolleksiyalardan biri isə qurbağa fiqurlarıdır. İnanırın dünyanın müxtəlif ölkələrindən topladığı təxminən 3 min qurbağa fiqurunun olduğu qeyd edilir.

Sənətçinin üç ayrı vəsiyyətnamə hazırladığı bildirilir. Bunlardan birinin 2015-ci ildə, digər ikisinin isə 2022-ci ildə notarius qarşısında tərtib edildiyi açıqlanıb.

Vəsiyyətnamələrin sentyabrın 17-də İstanbulun Beykoz Ədliyyəsində açıqlanması nəzərdə tutulsa da, proses baş tutmayıb. Kadir İnanırın vəkilinin açıqlamasına görə, üç varisə bildiriş çatdırılmadığı üçün vəsiyyətnamələrin açıqlanması dekabrın 17-nə təxirə salınıb.

Musavat.com