Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti tender müsabiqəsi elan edib.
Tender müsabiqəsi cənub bölgəsində 11 ədəd fərdi yaşayış evinin tikintisi, Bərdə rayonunda 1 ədəd fərdi yaşayış evinin bərpası, Şəki şəhərində isə 1 ədəd fərdi yaşayış evinin təmiri və istinad divarının tikintisi ilə bağlıdır.
Qeyd edək ki, tender müsabiqəsində ehtimal olunan qiymət 1 milyon 80 min 209 manat 18 qəpik müəyyən edilib. FHN qeyd olunan məbləğə 1 ədəd 1 mərtəbəli 2 otaqlı, 10 ədəd 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi tikdirəcək. Eyni zamanda, 1 ədəd fərdi yaşayış evini bərpa edəcək, 1 ədəd fərdi yaşayış evinin isə təmiri və istinad divarının tikintisini həyata keçirəcək.
Açıqlanan məlumatlardan belə görünür ki, FHN 1 ədəd fərdi yaşayış evinin tikitisinə və təmirinə orta hesabla 83 min manat yaxın pul xərcləyəcək. Yeniavaz