Qırğızıstan və Tacikistan sərhədində atışma hadisəsi meydana gəlib.
AzVision.az xəbər verir ki, hadisə ilə bağlı Qırğızıstanın sərhəd xidməti məlumat yayıb.
Bildirilir ki, sərhədçilər yerli vaxtla təqribən 12.20-də Qırğızıstanın Batken vilayətinin Ak-Bosoqo kəndi yaxınlığında - sərhəddən 250-300 metr aralıda mal-qara otaran tacikistanlı çobanları görüblər. Xəbərdarlığa baxmayaraq, çobanlar məhəl qoymayıblar, üstəlik, onlardan biri sərhədçilərə doğru atəş açıb.
"Yalnız sərhədçilərin havaya xəbərdarlıq atəşi açmasının ardınca çobanlar Tacikistan ərazisinə qayıdıblar", - məlumatda vurğulanır.