Sosial şəbəkədə biz:

Azərbaycan neftinin qiyməti 74 dollara çatır

15 June 2021, 09:39
Gündəm

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti artıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,63 dollar artaraq 74,61 dollar təşkil edib.

Qeyd edək ki, “Azeri Light” neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.