Sosial şəbəkədə biz:

Metro bu tarixdən açılır

25 May 2021, 12:44
Gündəm

Mayın 31-dən “Bakı Metropoliteni”nin fəaliyyəti bərpa edilir. 

Azinforum.az xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb. 

Prezidentin köməkçisi Şahmar Mövsümov bildirib ki, metro fəaliyyətini pandemiya şəraitinə uyğun təşkil edəcək: "Metronun fəaliyyətində təbii ki, müvafiq qaydalara uyğun olaraq maska, məsafə və dezinfeksiya tədbirləri mütləq tələb olunacaq".