Sosial şəbəkədə biz:

Həbib Nurməhəmmədov Dastin Poryeyə qalib gəlib

08 September 2019, 12:19
Gündəm

Bu gün BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhərində UFC 242 turniri keçirilib.

“Report” xəbər verir ki, gecənin əsas döyüşü yüngül çəkidə UFC çempionu rusiyalı Həbib Nurməhəmmədov ilə təşkilatın müvəqqəti çempionu Dastin Porye arasında baş tutub.

Döyüş Həbib Nurməhəmmədovun Dastin Porye üzərində qələbəsi ilə başa çatıb.