Sosial şəbəkədə biz:

Keşlədə 3 yaşlı qızın üzünü it dişləyib

02 September 2019, 08:36
Gündəm

Bakının Nərimanov rayonunun Keşlə qəsəbəsində 3 yaşlı uşağın üz nahiyəsindən it dişləyib.

“Report” xəbər verir ki, Bayramova Tamilla Orxan qızı "təcili yardım"ın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Xəstəyə üzünün sol hissəsi və sol çiyinin çoxsaylı didilmiş-deşilmiş yaraları diaqnozu qoyulub. Yaralı aidiyyəti üzrə həkim nəzarətinə götürülüb.