Sosial şəbəkədə biz:

“Kurtlar Vadisi”nin Settar Ağası öldü

03 August 2019, 15:30
Gündəm

Türkiyənin məşhur film və teatr aktyoru Çingiz Sezici vəfat edib.

“Yeni Sabah” xəbər verir ki, 69 yaşlı Sezici ötən gün nəfəs darlığı səbəbilə xəstəxanaya gedib və səhər saatlarında həyatını itirib.

Qeyd edək ki, Çingiz Sezici "Kurtlar Vadisi Pusu" "Kırık Kanatlar", "Aşka Sürgün", "Söz" və s. bir çox məşhur serial və filmlərdə çıxış edib.