Sosial şəbəkədə biz:

Qarpız kəsəndə bıçaq qarnına batdı

09 July 2019, 12:21
Gündəm

Gəncə şəhərində 46 yaşlı qadın yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, iyulun 8-də 1973-cü il təvəllüdlü, Gəncə şəhər sakini Baxşiyeva Sevda yaşadığı evin həyətində qarpız kəsərkən yıxılıb və nəticədə əlindəki bıçaq onun sağ qabırğa altı nahiyəsinə girib.

Faktla bağlı araşdırma aparılır.