Sosial şəbəkədə biz:

“PASHA Holding” yeni şirkət yaradıb

23 July 2018, 14:45
Gündəm
Vergilər Nazirliyi iyulun 18-də “PASHA Technology” MMC-ni dövlət qeydiyyatına alıb. “Report” xəbər verir ki, yeni şirkət “PASHA Holding” MMC ilə eyni hüquqi ünvanda – Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153-də qeydiyyatdan keçib. Onun nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə şirkətlər qrupunun direktor müavini olan Fərid Usad oğlu Məmmədovdur.