Sosial şəbəkədə biz:

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinqinə icazə verdi

12 April 2018, 13:54
Gündəm
Bakı Şəhər İcra Hakimiyyəti müxalifətin 14 apreldə mitinq keçirməsi ilə bağlı müraciətinə müsbət cavab verib. Azinforum.az xəbər verir ki, qurumun cavabında bildirilib ki, müxalifət sözügedən tarixdə saat 15:00-dan 17:00-dək Yasamal rayonunda yerləşən Məhsul stadionunda sərbəst toplaşmaq hüququndan istifadə edə bilər.