Sosial şəbəkədə biz:
Əkrəm Həsənov “Arzum999”dan danışdı: “Belə ədalət olar?”
Xəbər Şəkli

Əkrəm Həsənov “Arzum999”dan danışdı: “Belə ədalət olar?”

03 July 2026, 14:02
Gündəm

Yol hərəkəti qaydaları üzrə mütəxəssis deyiləm. Amma başa düşmürəm ki, İlduzə Hacıyevanın ("Arzum 999") məlum qəzada təqsiri nədir. Qəzaya uğramış avtomobil özü böyük sürətlə arxadan gəlib Hacıyevanın avtomobilinə dəyib və nəticədə içəridəki bir nəfər həlak olub, digəri isə ağır yaralanıb. Bəli, Hacıyeva hadisə yerini tərk edib. Amma Cinayət Məcəlləsinin 264-cü maddəsi üzrə yol nəqliyyat hadisəsi yerindən qaçmada yalnız hadisənin özündə təqsirli olan şəxs suçlu hesab oluna bilər. Hacıyevanın qəzada təqsiri yoxdursa, deməli, qaçmayıb, sadəcə oranı tərk edib.

Bunu tanınmış vəkil Əkrəm Həsənov öz sosial şəbəkə hesabında yazıb.  

Onun sözlərinə görə, Hacıyevanın qəzada təqsiri varsa belə, mma yenə də qəza qurbanı olan avtomobil sürücüsünün təqsirindən azdır: “Bəs onda bu xanım niyə 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib? Müqayisə üçün xatırladıram ki, keçmiş baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev 2017-ci ildə idarə etdiyi avtomobillə yüksək sürətlə digər maşına və piyadalara çırpılması nəticəsində 2 nəfər həlak olub, 2 nəfər (Türkiyə vətəndaşları) isə xəsarət almışdı və hadisə yerindən qaçmışdı. Onu 5 il müddətinə azadlıqdan məhrum etdilər və 2 il sonra azadlığa çıxdı. Hacıyeva aşağı sürətlə yol gedib, onu arxadan yüksək sürətlə vurublar, nəticədə vuran avtomobildə 1 nəfər ölüb, digəri yaralanıb, amma hadisə yerini tərk edən Hacıyeva 5 il 2 ay müddətinəz azadlıqdan məhrum eidlib. Allahverdiyev isə özü yüksək sürətlə hərəkət edərək 2 nəfəri həlak edib, 2 nəfəri də yaralayıb, amma hadisə yerindən qaçan Allaheverdiyevi cəmi 5 il müddətinə azadlıqdan məhrum edərək 2 il sonra buraxmışdılar. Belə də ədalət olar?”