Sosial şəbəkədə biz:
Xarkova diplomunu almaq üçün getmişdi...FOTO
Xəbər Şəkli

Xarkova diplomunu almaq üçün getmişdi...FOTO

01 July 2026, 10:47
Cəmiyyət

Xəbər verdiyimiz kimi, Rusiyanın Ukraynanın Xarkov şəhərinə endirdiyi hava zərbəsi nəticəsində 23 yaşlı azərbaycanlı tələbə Fatimə Hüseynova həyatını itirib.

Fatimə Xarkov Milli Tibb Universitetinin 6-cı kurs tələbəsi idi.

O, iyunun 30-da keçiriləcək diplom təqdimetmə mərasimində iştirak etmək üçün Azərbaycandan Xarkova getmişdi.

Məlumata görə, Fatimə tələbə yoldaşı Ada ilə birlikdə məzuniyyət mantiyasında şəkil çəkdirərkən hava zərbəsinə tuş gəlib. Gənc tələbə hadisə yerində həlak olub. Hücum nəticəsində daha 12 nəfər yaralanıb, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Fatimə Hüseynovaya Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbr diləyirik.

Musavat.com