Süleyman Rüstəmin oğlu vəfat etdi
Xalq şairi Süleyman Rüstəmin oğlu Azad Rüstəmzadə vəfat edib.
O, 80 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Azad Rüstəmzadə Xalq şairi Süleyman Rüstəmin yeganə övladı olub.
O, 1989-2009-cu illərdə Milli Məclisin Beynəlxalq əlaqələr şöbəsində baş məsləhətçi vəzifəsində işləyib.