Kart ödənişləri üzrə olan komissiya həddi vətəndaşa necə təsir edəcək? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, kart ödənişləri üzrə komissiyaların yuxarı həddi müəyyən edilib. Ölkə daxilində ödəniş kartları ilə müəyyən MCC kodları (təsərrüfat subyektinin fəaliyyət sahəsinin təsnifləşdirilməsi üçün ekvayer tərəfindən təyin edilən kod) üzrə aparılan ödənişlərdə interçeyncin yuxarı hədləri müəyyən olunub. Belə ki, aptek və ərzaq mağazaları (supermarketlər) kateqoriyalarına aid əməliyyatlar üzrə interçeyncin yuxarı həddi ödəniş məbləğinin 1,25%-i, yanacaq (petrol) kateqoriyası üzrə 0,75%-i, ümumi (general) kateqoriya üzrə isə 1,5%-i səviyyəsində müəyyən olunub.
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, bu, ödəniş sisteminin subyektləri arasında olan həddir: