Sosial şəbəkədə biz:
Gürcüstanda yol qəzasında altı azərbaycanlı gənc ölüb
Xəbər Şəkli

Gürcüstanda yol qəzasında altı azərbaycanlı gənc ölüb

14 May 2026, 15:32
Cəmiyyət

Gürcüstanın Qardabani rayonunun azərbaycanlıların yaşadığı Birlik kəndində ağır yol qəzası baş verib.

Yüksək sürətlə hərəkət edən BMW markalı avtomobil ağaca çırpılıb.

Avtomobildə olan altı nəfərdən beşi hadisə yerində ölüb. Bir nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb, lakin onu da xilas etmək mümkün olmayıb.

Ölənlərin üçü, ikisi qardaş olmaqla, Birlik kəndindən, digərləri isə Saqareco bölgəsindən olublar.

Onların hamısı azərbaycanlıdır.

Gürcüstanın Daxili İşlər Nazirliyi qəza ilə bağlı araşdırmaya başlayıb. (APA)