Bakıda yaşlı qadının üzərindən keçən 214 saylı avtobusdan daha bir ŞİKAYƏT
Sıxlıq çoxdur...
Bu şikayətlər 214 nömrəli maşrut avtobusundandır. Sərnişinlər bildirirlər ki, bu xətdəki avtobuslardan istifadə böyük problemə çevrilib.
Sərnişinlərin əsas narazılıqlarından biri də avtobusların köhnə olmasıdır. İntervalın böyük olmaısı da şikayətlər arasındadır.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirldi ki, 214 nömrəli marşrutda mütəmadi olaraq sərnişindaşıma norma və qaydalarının pozulması halları baş verir. Bu səbəbdən də marşrut xətti müsabiqəyə çıxarılıb. AYNA-nın keçirdiyi müsabiqə nəticəsində artıq 214 nömrəli marşrut üzrə yeni daşıyıcı müəyyən edilib. Yaxın günlərdə yeni daşıyıcı xəttin istismarını həyata keçirəcək.
Xatırladaq ki, 214 saylı avtobus bir neçə gün əvvəl 75 yaşlı qadın üstündən keçib. Hadisə Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni Ramana yolunda baş verib.