271 saylı məktəbdə şagirdin zorakılığını əks etdirən kadrlar yayılıb
Sosial şəbəkələrdə şagirdin yoldaşına qarşı etdiyi fiziki zorakılığın kadrları yayılıb.
Hadisənin 271 saylı orta məktəbdə baş verdiyi bildirilir.
Kadrlarda şagirdlərdən birinin məktəbin sanitar qovşağında başqa bir şagirdə qarşı fiziki zorakılıq etməsi əks olunub.
Sözügedən şagirdin digər şagirdləri də ayrı-ayrılıqda fiziki zorakılığa məruz qoyduğu və həmin görüntüləri lentə alaraq sosial şəbəkə hesabında paylaşdığı iddia olunur.