Sosial şəbəkədə biz:

Aqil Abbas - "...Yuxarıdan zəng gəlir ki, bu yazını çıxart"

Aqil Abbas - "...Yuxarıdan zəng gəlir ki, bu yazını çıxart"

Bu gün Azərbaycan mətbuatında özünəməxsus yeri olan “Ədalət” qəzetinin 35 yaşı tamam olur. “Ədalət” qəzeti 1990-cı ildə iyulun 1-də Mərkəzi Komitənin rəsmi icazəsi ilə fəaliyyətə başlayıb. Qəzetin qurucusu ictimai-siyasi xadim, Milli Məclisin deputatı Aqil Abbasdır. İlk nömrəsi iyulun 26-da çıxan “Ədalət” Hüquqşünaslar İttifaqının mətbu orqanı kimi təsis edilib. Lakin daha sonra qəzet müstəqil fəaliyyət göstərməyə, əvvəlcə həftədə bir dəfə, daha sonra üç dəfə çap olunmağa başlayıb. Qəzetin amalı türkçülük, vətənpərvərlik, dövlətçilikdir. Qəzetin yubiley yaşı ilə bağlı hisslərini və qəzetin gələcəyi ilə bağlı fikirlərini, qəzetin təsisçisi, Milli Məclisin deputatı Aqil Abbas Crossmedia.az-la bölüşüb:

 - "Ədalət" qəzeti Azərbaycan mətbuatında 35-il ərzində hansı mühüm mərhələlərdən keçib?

 -35 illik tarixində, əvvəl sovet höküməti sonra müstəqillik, Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti, Heydər Əliyevin hakimiyyətə gəlməsi hər biri ayrılıqda bir mərhələdir. Müxtəlif mərhələlərdən keçməsinə baxmayaraq “Ədalət” hər zaman bir yolla gedib. Dövlətçilik, millətçilik, xalq. Vəssalam. Bizim yolumuz birdir. Hətta bizdən ayrılıb ayrı qəzet açan jurnalistlərdə bizim yolu gedir.

-Aqil müəllim, 35 ildir qəzet nəşr etdirirsiniz. Uğurunuzun sirri nədədir?

-Uğurumun sirri işimi, qəzetimi sevməyimdədir. Mən qəzetçiyəm, jurnalistəm və peşəmi sevirəm. Burada başqa bir məsələ yoxdur. Qəzet mənə övladım kimidir. Övladlarımdan birinin 42 yaşı var, birinin 41. “Ədalət”in də 35 yaşı oldu. O, mənim üçüncü oğlumdur. Ümumiyyətlə, sevgi də mühüm amildir. Söhbət qadına olan sevgidən getmir. Söhbət Vətən, millət sevgisindən, işə olan sevgidən gedir. Və bütün sevgilər insana uğur gətirir. 

- Rəqəmsallaşan, jurnalistikanın forma və məzmunca dəyişdiyi informasiya cəmiyyətində nəşrin gələcəyi ilə bağlı nə düşünürsünüz?

-Gələcəyi ilə bağlı fikirlərim yoxdur.  Peyğəmbər deyiləm. Amma qəzetlərin indiki vəziyyəti və ümumi gedişat göstərir ki, qəzetlər hazırda oxunmur. İnsanlar onlayn oxuyur. Onlayn xəbərçilik ictimai şüuru inkişaf etdirə bilməz. Qəzet qalacaq, yaşayacaq. Məsələn onlayn mediada bir yazı verilir, yuxarıdan bir zəng gəlir ki, bunu çıxart. Məcbur qalıb çıxaracaqsan. Amma bunu qəzetə demək olmur. Çünki bilirlər ki, qəzetdə bu mümkün deyil.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol