Sosial şəbəkədə biz:

Nura Suridən etiraf: “Belə birindən ayrıldıqdan sonra…”

Nura Suridən etiraf: “Belə birindən ayrıldıqdan sonra…”
Xəbər Şəkli
22 August 2026, 09:47
Mədəniyyət

“Elə insanlar var ki, sevdikləri insanın qəlbində özlərinə qarşı bütün hissləri oyatmağı bacarırlar. Sanki Vivaldinin “Dörd fəsil”i kimi, təbiətin bütün fəsillərini bir insanın daxilində yaşadırlar. Bəzən bahar kimi ümid verir, yay kimi hərarət gətirir, payız kimi hüznə qərq edir, qış kimi üşüdürlər. Onlara qarşı həm sevgi, həm mərhəmət, həm nifrət, həm də inciklik duyursan. Onlar tək bir alət deyil, bütöv bir orkestr kimidirlər”.

Bunu müğənni Nura Suri bildirib.

O qeyd edib ki, insanda bütün hissləri oyadan birinə bağlanmaq təhlükəlidir:

“Elə insanlar da var ki, sanki həmin orkestrdə yalnız bir alətin səsidirlər skripka və ya fortepiano kimi. Nə qədər gözəl səslənsələr də, ruhunda yalnız bir duyğunun ahəngini yaradırlar. Səni hissdən-hissə aparmır, öz ahənglərindən kənara çıxmırlar.

İnsanda bütün hissləri oyada bilən birinə bağlanmaq daha təhlükəlidir. Çünki belə bir insandan ayrıldıqdan sonra yalnız öz ahəngində səslənən başqaları sənə yetərli gəlmir. Həmişə nəyinsə çatmadığını hiss edirsən. Həmin həyəcanı, həmin duyğu zənginliyini bir daha yaşaya bilmirsən. Sabitlik sıxıcı gəlir, sanki təbiətin öz axarına uyğun deyil.

Təbiətin çovğunu da var, küləyi də, yağışı da, istisi, şaxtası, yaşıllığı və quraqlığı da… Məncə, hər insanın həyatında heç olmasa bir dəfə bütün fəsilləri özündə birləşdirən, ona fərqli və ziddiyyətli hisslərin hamısını yaşada bilən biri olmalıdır”.